Ançelotti Mbappenin problemləri ilə bağlı sualı cavablandırıb

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Kilian Mbappenin bu mövsüm tez-tez qarşılaşdığı sağlamlıq problemləri ilə bağlı sualı cavablandırıb.

...Mənim üçün bunu demək çətindir, çox çətindir. Son iki fasilədə o, burada qaldı, yaxşı işləyirdi, dincəlirdi. Onun oyunu son vaxtlar xeyli yaxşılaşdığı aydın idi. Xoşbəxtlikdən o, uzun müddət sıradan çıxmayacaq, bu, uzunmüddətli zədə deyil. Beləliklə, o, idman ritmini itirməyəcək.

Ançelotti bunu mətbuat konfransında deyib.

Şənbə günü, dekabrın 14-də “Real” İspaniya çempionatında “Rayo Valyekano” ilə səfər matçı keçirəcək.

...Mbappe omba problemlərinə görə mütləq oyunu buraxacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə