Stolüstü tennisçilərimizi qarşıda hansı yarışlar gözləyir? - QURUM RƏSMİSİ AÇIQLADI

"Stolüstü tennisçilərimiz sentyabr və oktyabr aylarında müxtəlif yarışlarda bacarıqlarını göstərəcəklər. Seçmə komandamızın üzvləri sentyabr ayında Gürcüstanın Batumi şəhərində keçiriləcək “WTT YOUTH CONTENDER” turnirinə qatılacaqlar". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova deyib.

Qurum rəsmisi sözlərinə davam edərək bildirib ki, oktyabr ayında böyüklər arasında Azərbaycan çempionatı, həmçinin, yeniyetmə və gənclərin respublika birinciliyi təşkil olunacaq: "İdmançılarımız oktyabr ayında Misirin paytaxtı Qahirədə keçiriləcək növbəti “WTT YOUTH CONTENDER” yarışı və Latviya paytaxtı Riqada təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcəklər. Hər birinə uğurlar arzu edirik".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə