Danimarka telekanalı “irqçi şərhə” görə üzr istədi

Danimarka televiziya kanalı "Tvitter"də Mərakeş milli futbol komandasının oyunçularını və onların ailələrini meymun ailəsinə bənzədən şərhə görə üzr istəyib. SİA-dan xarici mətbuata istinadən verdiyi məlumata görə, "TV 2 News"un aparıcısı Kristian Hoq Andersenin 2022 FIFA Dünya Kuboku matçlarını qazandıqdan sonra analarını qucaqlayıb bayram edən Mərakeşli futbolçuların görüntülərindən sonra yayımlanacaq meymun ailəsi xəbərləri ilə bağlı şərhi tənqidlərə səbəb olub.

Hadisə ilə bağlı "TV 2 News" öz "Tvitter" hesabında açıqlama verib. "Heyvanlar haqqında növbəti məqaləyə istinad edən şərhlərə görə çox üzr istəyirik. Buna görə üzr istəyirik", - yazıda deyilir. "TV 2 News"un baş redaktoru Anne Mette Svane, şərhin "həm yalan, həm də təhqiramiz" olduğunu etiraf etdi.

Andersen bu müqayisəni pis niyyətlə etmədiyini bildirərək üzr istəyib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə