Bolt DÇ-2022-dəki favoritini AÇIQLADI

Yüngül atletika üzrə 8 qat olimpiya və 11 qat dünya çempionu Useyn Bolt DÇ-2022-dəki favoritini açıqlayıb. SİA "Eurosport"a istinadən xəb ər verir ki, o, Argentinaya azarkeşlik etdiyini deyib: "Argentina mənim komandamdır. Onları həqiqətən dəstəkləyirəm. Fransa, Braziliya və Argentina turnirin favoritləridir. Ancaq ümid edirəm ki, yekunda Argentina qalib olacaq”.

Qeyd edək ki, Argentina 1/8 finalda dekabrın 3-ü Avstraliya ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə