Xaricdə istirahət üçün nə qədər bütdcə lazımdır -EKSPERT AÇIQLADI
Bildiyimiz kimi ilin sonuna yaxınlaşdıqca istirahət üçün yeni yerlərin axtarışında oluruq. Vətəndaşlarımızın bəziləri ölkə daxilində bəziləri isə ölkə xaricində istirahət etməyə üstünlük verir. Yerli turistlərimizin xarici səfərlərində üstünlük etdiyi ölkələr siyahısında ilk başda qardaş Türkiyə, Dubay və digər Avropa ölkələri gəlir. Daha öncədən Rusiya və Ukraynayada üstünlük edən yerli turistlərimiz bu iki dövlət arasında olan münaqişələrə görə artıq bu ölkələrdə istirahət etməyə üstünlük vermirlər. Bu sözləri SİA-ya açıqlamasında Turizm-eksperti Rəhman Quliyev deyib:
Onun sözlərinə görə, "Bu münaqişəyə görə vətəndaşlarımız istirahət üçün avropa ölkələrinə gedirlər və bununda nəticəsi olaraq avia reyslərdə sıxlıq nəzərə çarpır. Bununda nəticəsi olaraq yük Türk Hava Yollarının üzərinə düşür və bununda nəticəsi olaraq sıxlıq müşahidə olunur və qiymətlərində baha olmasına gətirib çıxardır. Əlbəttə ki, biletin bahalaşması xarici turların əsas tərkib hissəsidir, tur paket təşkil olunanda hər hansı bir yerli turist üçün demək olar ki yarı qiymətindən çoxunu biletlər təşkil edir. Bu baxımdan da biletlərin bahalılığı turunda baha olmasına gətirib çıxardır. Amma buna baxmayaraq vətəndaşlarımız ildə bir neçə dəfə əlamətdar günlərdə öz səyahətlərini maraqlı, şən, yadda qalan keçirmək istəyirlər və bu baxımdan həmin bahalılığı nəzərə alıb daha öncədən rezervasiya etməkləri tövsiyyə olunur. Artıq demək olar ki, yeni ilə 2 aydan az bir vaxt qalıb və hesab edirəm ki, yaxın günlərdə qiymətlər daha da qalxacaq cünki vətəndaşların getməsi ilə bağlı sıxlıq yaranır və növbəti ilin yay ayı üçündə vətəndaşlarımız erkən rezervasiyalara başlayıb. Bu erkən rezervasiyaların edilməsi vətəndaşlarımız üçündə bir o qədər sərfəlidir ki qiymət baxımından da bir qədər bütçələrinə qənaət etmiş olurlar."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB