Uşaqlar zəkanı kimdən alır? - VACİB MƏQAMLAR - PSİXOLOQ İZAH ETDİ

“Ümumiyyətlə, uşaqalarda zəka doğulan gündən etibarən inkişaf edir. Adətən belə deyilir ki, uşaq zəkanı atasından və ya anasından alır. Amma zəka inkişaf etdirdikcə inkişaf edən bir prosesdir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Onun sözlərinə görə, valideynlərə məsləhət olunur ki, hər yaş artdıqca uşağın istər məntiq səviyyəsini, istər zəkasını, istər sosiallığını yoxlatdırmaq lazımdır: “Əgər uşaq evdə oxuyan bir ata görürsə, o oxuyan olacaq. Uşaq əlində kitab olan bir ana görürsə, onun kitaba marağı olacaq”.

Psixoloq sözlərinə belə davam edib: “Adətən bizim uşaqlar dediklərimizi deyil, etdiklərimizi edirlər. Ona görə də uşaqlar adətən ətraf, mühit və doğulduğu evdən zəkanı alırlar.

Uşaqlarda zəkanı artırmaq üçün düzgün qidalanma, hər yaşa uyğun düzgün vitaminlərin alınması vacibdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə