Yetişkin insanlar niyə uşaq kimi davranır? - DİQQƏT - PSİXOLOQ İZAH ETDİ

"Hər bir insanın içində bir uşaqlıq, yetkinlik və böyüklük var. İnsanın içində olan 3 şəxs daim bir-biri ilə mübarizədədir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, hər bir insanın içindəki uşaqlıq bəzən üzə çıxa bilir: "Bəzən bu psixologiyada infuatizm adlanır. Baxırsan ki, yaşları çox olan insanlar özlərini uşaq kimi aparırlar. Bu daha çox diqqət çəkmək istəyən insanlarda olur və yaxud da uşaqlıqlarını doya-doya yaşaya bilməyən, uşaqlıqda müəyyən bir travma alanlarda baş verir".

Psixoloq sözlərinə belə davam edib: "Bəzən böyük insanlar harasa gedəndə rəhbərlikdən icazə almaq istəyirlər, amma bilirlər ki, problem ola bilər. Uşaq kimi davranmağa başlayırlar ki, istədikləri nəticəni, icazəni əldə etsinlər.

Şəxs tamamilə sağlam insandırsa, heç bir patalogiyası yoxdursa o insan özünü uşaq kimi aparırsa, burada da uşaqlıqda aldığımız psixoloji travmalardan söhbət gedə bilər. Öz yaşıdları ilə vaxtilə istədiklərini edə bilməyibsə və yaxud da ki, hər zaman susdurulubsa və ürəyində qalmış bəzi sözləri artıq böyüdükdə həmin o infuatizm davranışla göstərməyə çalışır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...