Müəllimlə şagird arasında gərginliyin səbəbləri nələrdir? - PSİXOLOQ DANIŞDI

"İlk öncə şagirdin ümumi-psixoloji durumunu diaqnostik öyrənmək, analiz etmək lazımdır. Daha sonra isə müəllimlə söhbət aparmaq lazımdır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nəzirova deyib.

Onun sözlərinə görə, problemin kökündə nəyin dayandığını, səbəbləri araşdırmaq əsas məsələlərdəndir: "Əgər qlobal problem varsa, o zaman bütün məktəb rəhbərliyi ilə söhbət aparıb məsələnin dərinliyinə getmək lazımdır ki, müəllimlə-şagird arasındakı neqativ hallar aradan qalxsın".

Psixoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, müəllimlə şagird arasında mənfi halların yaranmasına bir sıra şeylər səbəb ola bilər: "Müəllimin emosional gərginliyi, ailədaxili münasibətlərdəki problemlər və ya işdəki uğursuzluqları uşaqlarla münasibətinə təsir edir. Eyni zamanda, şagirdin də ailədəki problemləri, valideynlərin ona qarşı münasibəti ətrafındakı insanlarla münasibətlərinə təsir edir. Hər ikisi ilə ayrı-ayrılıqda problemin dərinliyinə endikdən sonra neqativ halları aradan qaldırmaq mümkündür. Ümumilikdə şagird-müəllim münasibətinə pedaqoji kollektivin və ailənin təsiri böyükdür".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə