Uğursuz kişi qadını bütün işlərin öhdəsindən təkbaşına gəlməyə vadar edir - PSİXOLOQ DANIŞDI

"Bugünkü gündə kişilərin xanımların işləməsinə göstərdikləri psixoloji faktlar var ki, bunlar bəzən ailədəki uyğunluğa belə birbaşa təsir göstərir. Qadınla kişi arasında yaranacaq effektiv ünsiyyət, dostluq bağları, ailədə bir-birini dinləmə və anlaşma prosesləri tamamlanmadıqda qadının işləməsi bir bəhanə olaraq istifadə edilir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, qadın işlədiyi halda azad olur, hüquqların bərpasını tələb edir və "Öz ayaqlarım üzərində dayanmağı bacarıram" deyərək siqnallar verir: "Bunu görən kişi də öz dost-tanışına məsləhət görür ki, onun kimi etməsinlər. Yəni, xanımlarına işləməyə icazə verməsinlər".

Psixoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, ali təhsilli insanların bir-birini anlamasında bu problemlər nəzərəçarpacaq dərəcədə vüsət almır: "Çünki iki təhsilli insan bir-birini anlayır, əziyyətini qiymətləndirir. Oxumuş insan peşəkar birinin öz ixtisasına yanaşmasını gördükdə artıq onda mənfi psixoloji düşüncələr olmur. Ümumiyyətlə, bir qadın işində uğur qazanır, avtomobil idarə edir, güclü görünürsə, istər-istəməz bu qadının arxasında uğursuz bir kişinin olduğunu düşünürük. Bu uğursuz kişi sanki qadını bütün işlərin öhdəsindən təkbaşına gəlməyə vadar edir. Qadın daşıyıcı, ana, bətnindəki övladı ilə bərabər həyat yoldaşının tələbatlarını ödəyən bir varlıqdır. Qadınla kişi arasında bu kimi problemlər böyüdükcə nifrətə çevrilir. Bu da boşanmalara gətirib çıxarır. Xanımların işləməsi heç də kişiləri saymamasına səbəb olmur. Sadəcə, kişilərin beyinlərində yaratdığı mənfi düşüncələr birbaşa xanıma təsir etdiyinə görə onları ayrılmağa məcbur edir. Buna səbəbi həmin mənfi düşüncələr yaradır. Bu problemləri aradan qaldırmaq üçün işləyən qadınlara kömək etməliyik".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə