Tvitter pullu olacaq? - ŞƏRH EDİLDİ

"Sosial şəbəkələrin pullu olma ehtimalı azdır. Çünki sosial şəbəkələrin işləmə modeli istifadəçilərə pulsuz xidmət göstərmək, bunun qarşılığında istifadəçilərin datalarını əldə etmək və bunu reklam verənə satmaqdır. Bütün məşhur sosial media hesabları bu cür işləyir". Bu sözləri SİA-ya açıqlmasında sosial media mütəxəssisi Orxan Rzayev deyib.

Onun sözlərinə görə, son zamanlar İlon Maskın sahibi olduğu "Tvitter"i ödənişli ediləcəyi xəbəri yayılıb: "Bu da insanlarda böyük maraq doğurub. Düşünürəm ki, bu sadəcə şaiyədir. Saytlar bunu sırf reytinq xatirinə yazırlar".

Orxan Rzayevin sözlərinə belə davam edib: "Digər şəbəkələr bunu edə bilməz. Amma söhbət İlon Maskdan gedirsə o istədiyi hər şeyi edə bilər. Yəni, platformasını pullu edib uğur əldə edə bilər. Bu haqda yəqin ki, onların ciddi araşdırmaları var".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə