Bu, oğlanlarla yanaşı, qızlarda da problemlər yaradır - PSİXOLOQ AÇIQLAMA VERDİ
"Bugünkü gündə gənclərə cinsi tərbiyənin aşılanmaması həqiqətən mənfi addımların atılmasına gətirib çıxarır. Əslində bu proses gənclərdən öncə, yeniyetmələrlə başlamalıdır. Təxminən 11-12 yaşlardan 15 yaşadək müddəti əhatə edən yeniyetməlik dövrünün başlanması və bitməsinə əslində dəqiq sərhəd qoymaq mümkün deyil. Çünki bu məsələdə müxtəlif amillər var ki, onların təsiri altında yaş dövrü bir il tez və ya gec başlaya və bitə bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, bu dövr müddətində belə yeniyetmə cinsəl tərbiyənin nə olduğunu öyrənməlidir: "Çünki yeniyetməlik dövründə baş verən hormon dəyişikliyi ilə onlar formalaşmağa başlayır. Cinsəl tərbiyəni vaxtında aşılamamaq gələcəkdə bakirəliyin tez pozulmasına, oğlanlar arasında oriyentasiyanın dəyişməsinə, xaotik olaraq masturbasiyanın artmasına, bunun nəticəsində də onanizm xəstəliyinə səbəb olur".
Psixoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, eyni zamanda bu, selektiv abortların baş verməsinə də gətirib çıxarır: "Bəzən sosial şəbəkələrdə, sosial layihələrdə 12-13 yaşlı qızın hamilə qaldığı xəbəri ilə qarşılaşırıq. Bu kimi hadisələrin də səbəbi məhz cinsəl tərbiyənin aşılanmamasıdır. Artıq cinsəl tərbiyə aşılanmadıqda gənclərin kortəbii şəkildə videolara baxaraq masturbasiya etməsi halları da çoxalır. Bu da oğlanlarla yanaşı, qızlarda da problemlər yaradır. Gələcəkdə qızlarda disfunksiyanın, polikistozların yaranmasına səbəb olur. Bütün bunlar nəticəsində uğursuz ailə münasibətləri qurulur. Cinsəl münasibətlərdə olan problemlər də nəticədə boşanmalara gətirib çıxarır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB