Cinsi istəklərin artması qızların erkən yaşda ailə qurmasına səbəb olur - PSİXOLOQ AÇIQLADI
"Son günlərdə qızların erkən yaşda uşaq dünyaya gətirməsi yenidən gündəmə gəlib. Düzgün cinsəl tərbiyənin verilməməsi bu hadisələrin baş verməsinə gətirib çıxarır. Cinsəl tərbiyə övladlarımızla uyğun olmayan mövzularda danışmaq demək deyil". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, ən azından uşaqlarımızın psixi xüsusiyyətinə uyğun olaraq, onların qız və ya oğlan kimi formalaşmasında bilavasitə psixoloqların köməyi olur: "Bu kömək alınmayanda uşaqlar arasında xaotik cinsi münasibətlərin getdiyinin şahidi oluruq. Bu da sonda ya selektiv abortlara, ya da erkən ailə qurma və uşaq dünyaya gətirməyə səbəb olur". Psixoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, bunların əsas səbəbi yeniyetməlik dövründə övladlarımızla lazım olmadığı halda aparılan psixoloji söhbətlərdir: "Eyni zamanda, cinsi istəklərin artması da bu halların baş verməsinə gətirib çıxara bilir. Sosial şəbəkələrdə bir-birini öpən, qucaqlayan insanlar görəndə azyaşlı qızların hormonların dəyişkənliyi dövründə cinsi istəklərin artması önə çıxır. Cinsi istəklər artanda valideyn də məcburən övladının ailə həyatı qurmasına razı olur. Bəzən də uşaqlar özlərini heç valideyndən icazə almaq məcburiyyətində hiss etmirlər. Sosial şəbəkələrdə açıq şəkildə şəhvət hissini artıran paylaşımlar xaotik addımlar atılmasına təsir edir. Bu da erkən yaşda ailə həyatı qurmağa və ya yeniyetmə qızların hamilə qalmasına səbəb olacaq əsas amillərdəndir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB