Kitabxana insan ruhunun bütün zənginliklərinin xəzinəsidir - FOTOREPORTAJ
Təhsil prosesinin iştirakçısı kimi mütaliə pedaqogikasının və onun daşıyıcısı olan kitabxanaların kəsb etdiyi əhəmiyyət öz əksini mühüm dövlət sənədlərində də tapıb. “Kitabxana” sözü fars və ərəb mənşəli iki sözün birləşməsindən yaranıb. İlk kitabxanalar eramızdan əvvəl yaradılıb. Kitabxanalar tarixən, eləcə də bu gün kütləvi mütaliənin təşkilatçısı olaraü qalır. Azərbaycanda da ənənəvi kitabxanalar mövcuddur.
Azərbaycanın ən böyük kitabxanası olan Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası nəinki Qafqazda, eləcə də Avropa qitəsində, o cümlədən bütün dünyada şöhrəti olan ən böyük kitabxanalardan biri hesab edilir.
1923-cü ildə 5 min nüsxə kitabla kiçik bir mənzildə fəaliyyətə başlayan Milli Kitabxana uzun bir inkişaf yolu keçmiş və daxilində “Açıq Kitabxana” fəaliyyətə başlayıb.

“Açıq Kitabxana” 2016-cı ildə fəaliyyətə başlayıb və görünən budur ki, şəhər sakinlərinin olduqca diqqətini cəlb edir. Milli kitabxana redaksiyamıza yaxın ərazidə yerləşdiyi üçün hər gün “Açıq Kitabxana”nın yanından keçdikdə oranın insanlarla dolu olduğunun şahidi olurdum. GGünorta saatlarında yaxınlıqdakı məktəbdən çıxan uşaqlar və qəzet oxuyan yaşlı insanlar üçün bura olduqca əlverişlidir. Buradakı ab-hava demək olar ki, hər gün diqqətimizi çəkdiyi üçün SİA olaraq, “Açıq Kitabxana” haqqında daha ətraflı məlumat əldə etmək üçün Milli Kitabxanaya yollandıq.
Milli Kitabxanın əməkdaşı Lalə Salahovanın verdiyi məlumata görə, Milli Kitabxananın nəznində olan “Açıq Kitabxa” sərbəst mütaliyə bölməsi 15 iyul 2016-cı ildə fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın təşkilatçılığı ilə açılıb. Bura tamamilə ödənişsizdir, tək ödənişli vasitə elektron kitabxanadır.

“Buranın ilk özəlliyi ondan ibarətdir ki, heç bir vaxt məhdudiyyəti yoxdur, daimi olaraq açıq olur. Eyni zamanda burada heç bir qeydiyyata da ehtiyac yoxdur. Buranın ən böyük xüsusiyyəti isə ondan ibarətdir ki, yaş məhdudiyyəti olmadan, hər kəs rahatlıqla buradakı kitablardan istifadə edə bilərlər”.
Əldə etdiyimiz məlumata görə hətta məktəblilər belə bir çox hallarda dərslərinə burada hazırlaşırlar.
Eyni zamanda əldə etdiyimiz məlumata görə, “Açıq Kitabxana”da tədbirlər, gənc yazarların kitab təqdimatları və bu kimi bir çox tədbirlər həyata keçirilir. Tədbirlərin burada keçirilməsi isə gələn qonaqların diqqətini cəlb edərək, maraqlarına səbəb olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB