Milli Qəhrəmanın ailəsi Prezident İlham Əliyevə təşəkkür etdi - DEPUTAT AÇIQLADI-VİDEO
“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun dəstəyi ilə Kişinyev-İstanbul-Bakı biletləri alınır. Bu biletlər diaspor hesabına təşkil olunur. Uçuş isə aprel ayının 4-ü üçün planlaşdırılır”. Bu sözləri SİA-ya açıqlamasında deputat, Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəri Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, bir neçə gün əvvəl Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoqinin ailəsi Ukraynadakı müharibə bölgəsindən çıxarılaraq Moldovada yerləşdirilib: “Milli Qəhrəmanın ailəsi hazırda Kişinyev şəhərindədir. Viktor Seryoqinin anası Qalina xanım xəstəxanada müalicə alır.
Viktor Seryoqinin həyat yoldaşı və qızı Prezident İlham Əliyevə təşəkkür etdiklərini bildirdilər.
Deputat qeyd edib ki, ailə ilə gündəlik əlaqə saxlanır: “Qalina xanıma kömək üçün əlimizdən gələni edəcəyik. Dövlət sturukturları ilə danışıqlar gedir. Hər kəs kömək etməyə hazırdır. Bütün dövlət qurumları öz səylərini əsirgəmir. Əsas da onu qeyd edək ki, ailənin gətirilməsində cənab Prezidentin də göstərişi var”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB