“Şizoid şəxsiyyət pozğunluğu yaşayan insanlar başqalarına ehtiyac hissi duymurlar, ünsiyyət qurmağı sevmirlər”. Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Leyla Fətəli bildirib.
Onun sözlərinə görə, bu cür insanlar yanlız qalmağı sevirlər, çox az danışmağa üstünlük verərlər: “Danışdıqda əsasən jestlərə üstünlük verərlər və heç kəsdən kömək istəməzlər. Kiminsə onlara yaxşılıq etməyini istəməzlər. Hər zaman özlərini güclü göstərərlər. Yıxıldıqda belə tez ayağa qalxar və heçnə olmamış kimi yollarına davam edərlər. Kiminsə onlara yazığı gəlməsindən, onlara “əsəbisən” deməsindən xoşlanmazlar və belə olduğu zaman həmin şəxslərə çox sərt bir şəkildə reaksiya bildirərlər. Belə insanlar hərəkətlərində, fikirlərində, xarici görkəmlərində bəzi qəribəliklərlə digər insanlardan seçilirlər. Bu cür insanların çoxunun ailə üzvlərindən başqa yaxın dostu, sirdaşı olmur. İnandığı batil inanclar olur. Çox vaxt doğruları qəbul etmək istəməzlər.
Ən mühüm xarakterləri isə hər zaman narahat olmaq, hər zaman özlərini qorxaq kimi göstərməkdir. Bu tip hallar gənclik dövrlərində başlayır və müəyyən dövrə qədər davam edir. Hansı dövrə qədər davam edir sualını versəz özləri əgər dəyişmək istəyərsələr, müalicə almaq istəsələr dəyişə bilərlər. Amma normalda da bu şəxsiyyətlər dəyişməyi sevmirlər. Öz düzləri olur, öz doğruları olur. Amma təbii ki, özləri istədikləri vaxtda mütəxəssislərə, psixoloqlara müraciət edərlərsə mütləq korreksiyası mümkündür.
Müalicə zamanı onları alçaltmaq olmaz. Onlara həmçinin “sən onsuz da beləsən”, mütləq sağalmalısan demək olmaz. Mülayim bir səs tonu ilə və incitmədən onları müalicəyə yönləndirmək olar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB