"Balıq ən qidalı ərzaq məhsullarından biridir. Həmçinin, balıq ən təhlükəli və risk qrupuna daxil olan məhsuldur". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, balıq xüsusi saxlanma şəraitində olmalıdır: "Soyuq zəncirlə birmənalı şəkildə istehlakçının süfrəsinə gəlməlidir. Yəni, balığın keyfiyyəti hər an itə bilər".
Eyyub Hüseynov sözlərinə belə davam edib: "Balığın qiymətinin qalxması ilə bağlı son 20 gündə heç bir məlumat yoxdur. Qiymət hələ ki, sabitdir. Lakin aprel ayında kiçik, daha doğrusu, cavan balıqların qiymətnin artması gözlənilir. Çünki balığın kürü verən vaxtıdır. Bu artım çox kiçik miqdarda olacaqdır. Amma bir ilə yaxındır ki, balığın qiymətində artım yoxdur".
Balığın açıq buzlu soyuducuda olması daha yaxşıdır ki, insanlar ona rahatlıqla baxa bilsin. Yaşıl bazardakı balıq satış şəbəkəsi düşünürəm ki, mükəmməl bir balıq satışı şəbəkəsidir. Balığın normal saxlanma şəraitinə bu bazarda tam əməl olunur".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB