Könüllülük nədir və necə təşkil olunur? - SORĞU

"Gənclər günü" 2 fevral 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.

Müasir dövrdə gənclərin inkişafı naminə həyata keçirilən lahiyələrdən biri də könüllülük fəaliyyətidi. Demək olar ki, artıq ölkəmizdə fəaliyyət göstərən bir çox qurumlarda könüllü proqramları təşkil olunub. Hər bir təşkilat öz könüllüsünün inkişafı və dünyagörüşünün artması üçün tədbirlər və lahiyələr həyata keçirdi. Bu kimi təşkilatlardan biri "ASAN" Xidmətdi. "ASAN" Xidmət hər zaman öz könüllü fəaliyyəti ilə seçilir.

Bəs gəlin görək, "ASAN" könüllülərinin "Gənclər günü" ilə bağlı təəssüratları nələrdir? SİA olaraq könüllülər arasında sorğu keçirdik.

"ASAN" könüllüsü Aynur Turabiyeva: “Hər bir insan ömürboyu müxtəlif dövrlərdən keçir. Həmin o dövrlərin ən yadda qalanı, unudulmazı isə gənclik dövrüdür. Cəmiyyətin gələcəyi gənclikdi və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Gənclik insanın hər bir sahədə özünü inkişaf etdirdiyi dövrdür. Sözsüz ki, bu dövrdə gənclər özlərini inkişaf etdirmək üçün universitetlərdə bakalavr, magistr təhsili alırlar. Eyni zamanda qeyd etmək istərdim ki gənclər müxtəlif təlim və seminarlara gedərək, dünyagörüşlərini artırırlar. Həmçinin də bir çox təşkilatlarda iştirak edərək, öz inkişaflarını davam etdirirlər.

Hal-hazırda müasir gəncliyin inkişaf etdiyi dövrün mümkün imkanlarından özüm də yararlanaraq, dünyagörüşümü, düşüncələrimi inkişaf etdirirəm. Eyni zamanda bakalavr təhsilimi bitirirəm və bu müddət ərzində bir çox layihələr, seminar və təlimlərdə iştirak etmişəm. Universitetin bizə bəxş etdiyi müxtəlif şəraitlərdən istifadə edərək dünyagörüşümü formalaşdırmışam. Həmçinin də "ASAN" könüllülər təşkilatında fəal üzvlərdən biri olmuşam. Ələxsus da könüllülük fəaliyyətimdə müxtəlif aktual mövzulardan istifadə edərək təlimlər keçmişəm. Bir müddət sonra isə"Telepatiya" layihəsində tərcüməçi kimi fəaliyyət göstərmişəm”.

"ASAN" könüllüsü Mahir Hacıyev: “Bu gün dövlətimizin gənclər üçün etdiyi işlər danılmaz faktdır. Hər gün inkişaf edən ölkənin uğurlu gənci olaraq bildirmək istəyirəm ki, biz hər zaman irəlidə olacağıq. Necə ki, bunu 2-ci Qarabağ müharibəsində sübut etdik. Bu hər zaman belə olaraq qalacaq. Gələcəyimiz tariximiz, tariximiz gələcəyimizdir və bu gələcəkdə biz gənclərə ata-babalarımızdan tarix olaraq miras qalıb. Eyni zamanda demək istərdim ki, bir gənc kimi mənimdə bir çox könüllü fəaliyyətim olub. "ASAN" Xidmətin tərkibində fəaliyyət göstərən mədəniyyət çarçısının rəqs və orkestr ansambılının sədriyəm”.

"ASAN" könüllüsü Şəfa Süleymanlı: “Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2 fevral - "Gənclər Günü" kimi qeyd olunur. Azərbaycan dövləti gənclərimizə önəm verir. Onların təhsili və təcrübə qazanmaları üçün hər imkanı təşkil edirlər. "ASAN" Xidmətin gənclər üçün təşkil etdiyi könüllülük də bu imkanlara daxildir. Mən bir "ASAN" könüllüsü olaraq deyə bilərəm ki, bu gənclərin təcrübə qazanmaları, özünü inkişaf etdirmələri üçün yaxşı imkandır. "ASAN" Xidmətdə könüllü olduğum müddətdə bir çox layihələrə, tədbirlərə qatılaraq daha çox təcrübə qazanmışam, daha çox bilik əldə etmişəm. Bundan əlavə "ASAN" Xidmət gənclərə öz ixtisaslarına uyğun təcrübə qazanmaları üçün də şərait yaradır. Orada heç bir gəncə ayrı-seçkilik edilmir və hər gəncə orada təcrübə qazanma imkanı yaradılır. Təcrübənin hər gəncin gələcəkdəki işlərində böyük rol oynadığını deyə bilərəm. Buna görə də hər bir gənc dövlətin onlar üçün yaratdığı imkanlardan istifadə etməlidir deyə düşünürəm”.

"ASAN" könüllüsü Səbinə Həsənzadə: “ASAN" könüllüsü olaraq təşkilatın həyata keçirdiyi müəyyən tədbirlərdə iştirak etmişəm. Həmi lahiyələrdə müəyyən təcrübələr qazanmışam. Deyə bilərəm ki, bu təşkilat gənclərin inkişaf və təcrübə qazanması üçün çox yaxşı bir məkandı. Biz könüllü olarkən fiziki məhdudiyyətli gənclərdə var idi ki, onlar da "ASAN" Xidmətdə fəaliyyət göstərirdilər. Bu da onun göstəricisidir ki, "ASAN" Xidmət gənclər arasında heç bir ayrı-seçkilik etmir. 2 fevral "Gənclər günü" Ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunmuşdur. Liderimizin dövründə gənclərimizə necə diqqət və qayğı göstərilirdisə, eyni ilə cənab Prezidentimiz İlham Əliyev də gəncləri öz diqqəti mərkəzində saxlayır. Cənab Prezident öz çıxışlarında belə gənclərə səslənərək onlara motivasiya verir".

"ASAN" könüllüsü Nərmin Mirhadi: “Mən karantin dönəmində fəaliyyət göstərdiyim üçün çox da lahiyələrdə iştirak etməmişəm. Əsasən vətəndaşlara xidmət sahəsində bir çox təlimlərdə iştirak etmişəm. Eyni zamanda Nizami Gəncəvinin 880 iliyinə həsr olunmuş tamaşanın da iştirakçısı olmuşam. Gənclərin fəaliyyəti bugünkü günümüzdə getdikcə inkişaf etməkdədi. Bu çox sevindirici bir haldı. Çünki gənclərin təmənnasız olaraq vətəndaşlara xidmət göstərməsi onların gələcəkdə necə bir faydalı insan olacağına işarətdi. Ölkəmizdə gənclər üçün yaradılan şərait də danılmaz bir faktdı. Bunlardan hər bir gənc yararlanmalı və faydalanmalıdı deyə düşünürəm".

"ASAN" könüllüsü Aysel Səfərova: “Bir gənc olaraq 4 ilə yaxındır ki, könüllü qismində fəaliyyət göstərirəm. Könüllü fəaliyyətinin mənə qatdığı hər bir şey əvəzolunmazdı. Hər bir gənc üçün könüllü kimi fəaliyyət göstərmək onların inkişaf etməsində önəmli bir faktordu. Hal-hazırda ölkəmizdə gənclərə xüsusi diqqət və maraq var. Müasir dövrdə gənclərə gələcəyin qurucusu kimi baxılması çox təqdirəlayiq bir hərəkətdi".

"ASAN" könüllüsü Aytən Həşimova: “İlk və tək könüllü fəaliyyətim "ASAN"da olub. Əvvəllər könüllü fəaliyyətinin mənasız bir şey olduğunu zənn etsəm də daha sonra yanıldığımın fərqinə vardım. Könüllü olmaq insana həm inkişaf, həm dünyagörüşü, həm də yeni tanışlıqlar baxımından çox yaxşı təsir edir. Lakin yalnız insanları tanımaq üçün də könüllü olmaq lazım deyil. "ASAN"da könüllü olduğum müddətdə işimlə bağlı çox şeylər öyrənmişəm. Mənim ilk könüllü olduğum gün də 2 fevral "Gənclər günü"nə təsadüf etmişdi. Biz bu günlə bağlı olaraq mahnı ifa etmişdik, mahnının nəqarətindəki sözlər isə bizə aid idi. Bununla yanaşı olaraq Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tamaşada Leyli rolunda çıxış etmişəm. Bu çıxışımla mən öz bilinməyən bacarığımı üzə çıxardım. Bir gənc olaraq digərlərinə deyə bilərəm ki, nəyisə əldə etmək üçün heç vaxt gec deyil".

"ASAN" könüllüsü Nərmin Rüstəmli: “2 fevral "Gənclər Günü" kimi qeydə alınmış və Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Ulu Öndərin Prezidentliyi dövründən bu günə kimi ölkədə gənclərə böyük dəstək və onların maraqları olan sahələrə yiyələnməsi üçün köməklik göstərilmişdir. Bu gün Ulu Öndərin siyasətini Prezidentimiz İlham Əliyev davam etdirir. Mən bir gənc olaraq 2013-cü ildə yaradılmış "ASAN" Xidmətdə "Könüllülük fəaliyyəti" ilə məşğul olmuşam. Fəaliyyətim müddətində vətəndaşlara xidmət etmək, yeni sahələrdə bilik və bacarıqlar əldə etməklə yanaşı yeni insanlar tanımışam. Eyni zamanda fəaliyətim müddətdə könüllü yoldaşlarımla səmərəli vaxt keçirmiş, müxtəlif oyunlara, yarışlara qatılmışam. Məncə bu gün bizim üçün bu imkanların olması gələcək həyatımızda daha əmin addımlar atmağımıza böyük dəstək olacaqdır”.

"ASAN" könüllüsü Aliyə Yusifova: “ASAN" könüllüsü olmaq fəqlilikdi. Yeni insanlarla tanış olursan, hər bir tədbirdə iştrak edirsən və təzə nəsə öyrənirsən. Əgər rus dillisənsə çox yaxşıdı ki, sən öz dilində daha da gözəl danışmağa başlayırsan. "ASAN" xidmət mənə bir neçə dənə dərs verdi. Məsələn, necə insanlarla danışmaq lazımdı, necə xidmət etmək lazımdı. Könüllü olduğuma görə şadam. Könüllü olmağıda hər bir kəsə məsləhət görürəm”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə