Məqsədsiz insan heçnəyə nail ola bilməz - BAXIŞ - SORĞU

"Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Ulu Öndər Heydər Əliyev bu fikirləri xalqımızın gələcəyi olan gənclərimiz üçün səsləndirmişdir. Hər il 2 fevral ölkəmizdə "Gənclər Günü" kimi qeyd edilir. Ulu Öndərin gənclər siyasətini bu gün də uğurla davam etdirən cənab Prezident İlham Əliyev gənclərin maariflənməsi, inkişafı üçün böyük addımlar atmışdır. Cənab Prezidentin fəaliyyətində gənclər siyasəti əsas prioritetlərdən biridir. İlham Əliyevin gənclərə olan diqqəti hər zaman göz önündədir.

SİA olaraq 2 fevral "Gənclər Günü" ilə bağlı universitet tələbələri arasında sorğu keçirdik:

Azərbaycan memarlıq və inşaat universitetinin tələbəsi Zeynal Quliyev: “Bir gənc olaraq ölkəmizdə gənclərin inkişafı və gələcəyi üçün atılan hərbir addımı dəstəkləyirəm. Düşünürəm ki, indiki dövrdə bizim inkişafımız və şəxsiyyət kimi formalaşmağımız üçün çox imkanlar yaradılıb. Fikrimcə, hər birimiz bu imkanlardan istifadə edib, yararlanmalıyıq”.

Bakı Dövlət Universitetinin tələbəsi Nəzrin Almasova: “Mən həyatımın ən gözəl çağlarını yaşayıram. Sanki bunu hiss edirəm. Çalışdığım qədər gəncliyimin dadını çıxardıram və ondan lazımı şəkildə istifadə edirəm. Bütün gənclərə də bu dövrlərini səmərəli şəkildə istifadə etməklərini tövsiyyə edirəm”.

Mingəçevir Turizm Kollecinin tələbəsi Şamil Şixəliyev: “Azərbaycanda hər bir sahədə olduğu kimi gənclər sahəsində də müəyyən irəliləyişlər var. Yəni gənclərə indi daha çox önəm verirlər. Hər bir sahədə demək olar ki, gənclər öndə gəlir. Təbii ki, bu da çox sevindirici bir haldı. Bu prosesin getdikcə çoxalması hər birimizin xeyrinədi”.

Xarici Dillər Universitetinin tələbəsi Mehparə Məmmədova: “İlk olaraq onu deyə bilərəm ki, gənclərimizin hər birini 2 fevral “Gənclər günü” münasibətilə təbrik edir, onların gələcək həyat və fəaliyyələrində uğurlar arzu edirəm. Hər bir cəmiyyətin güclü sütunu onu güclü gəncliyindən aslıdı”.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İman akademiyasının tələbəsi Hüseyn Salahov: “Mənə görə gənclik insan ömrünün əvəz olunmaz hissəsinin təşkil edir. Çox adamdan soruşsaz hamı gənclik dövrünə qayıtmaq istəyir. Ona görə də bir gənc olaraq düşünürəm ki hər birimiz bu dövrümüzdən çox gözəl bir şəkildə istifadə etməliyik. Məqsədli və iradəli bir şəkildə lazımlı vəzifəni tutmalıyıq”.

Bakı Dövlət Universitetinin tələbəsi Gülnar Məmmədli: “Mən bir gənc olaraq həyatda öz sahəm üzrə bir çox qurumlarda çalışmışam. Düşünürəm ki, gənclər üçün daha yarışlar, müsabiqələr, marafonlar, düşərgələr təşkil olunması bizim intellektual səviyyəmizi, dünyagörüşümüzü və çevrəmizin genişlənməsinə kömək olar”.

Azərbaycan Dövlət Neft və Sənaye Akademiyasının tələbəsi Valeh Məmmədov: “Bir gənc olaraq öncə həyatda gələcək planlarım barədə düşünürəm. Çünki insan gələcəyin qurmaq üçün erkən yaşlarından yəni gənc vaxtlarından bunu düşünməlidi. Hər bir insanın xüsusilə də gəncin məqsədi olmalıdı. Hətta deyərdim ki, məqsədsiz bir insan heçnəyə nail ola bilməz”.

Azərbaycan memarlıq və inşaat universitetinin tələbəsi Elyar Əkbərzadə: “Öncə gənclərimizi “Gənclər günü” münasibətilə münasibətilə təbrik edirəm. Gənclərə özəl günün təşkil olunması istər gənclərin, istərsə də, ölkəmizin inkişafı naminə atılmış çox böyük önəm daşıyır. Mən özüm də gənclərə görə təşkil olunan bir neçə lahiyədə, tədbirdə və düşərgədə iştirak etmişəm. Həmin düşərgələrdə gənclərə qarşı olan münasibət məni və həmin düşərgədəki gəncləri ürəkdən sevindirirdi.

Ölkəmizdə gənclər siyasəti son vaxtlar çox gözəl irəliləyib. İstedadlı gənclərin öz bacarıqlarını ortaya qoyması üçün dövlət müəyyən vəsait ayırır. Düşünürəm ki, gənclər üçün bu cür yatırımların qoyulması, ən doğru addımdı”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə