Uşaqlara alkoqollu içkilər satanları bu cəza gözləyir - XƏBƏRDARLIQ! - DİN RƏSMİSİ AÇIQLADI

"Tütün məmulatlarının satılması qaydalarına nəzarət tədbirləri daxili işlər orqanları tərəfindən daim nəzarətdə saxlanılır". Bu sözləri SİA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

Onun sözlərinə görə, Baş İctimai Təhlükəsizlik İdarəsi ərazi üzrə polis orqanlarının əməkdaşları ilə birgə mütəmadi olaraq nəzarəti tədbirlər həyata keçirirlər: "Onu da qeyd edə bilərəm ki, tərəfimizdən keçirilən nəzarət tədbirləri nəticəsində etil yeyinti, alkoqollu, energetik, həmçinin tütün məmulatlarını yetkinlik yaşına çatmayan şəxslərə satmaq faktları aşkarlanarsa, həmin şəxslər barədə İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə uyğun olaraq şəxs barədə 100 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunur.

Ötən il ərzində tərəfimizdən keçirilən tədbirlər nəticəsində yetkinlik yaşına çatmayan şəxslərə tütün məmulatlarının satılmasına görə, 270 nəfər şəxs barədə inzibati tənbeh tədbiri tətbiq olunub".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə