Müsahibə zamanı belə problemlərlə qarşılaşırlar - MÜNASİBƏT BİLDİRİLDİ

“Ümumiyyətlə bir insan özündən əmin olduğu təqdirdə onun xarakterinin müəyyən xüsusiyyətləri özünün təsdiqini tapmış olduqda insan istənilən formada müsahibədə özünü adekvat aparır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.

Onun sözlərinə görə, yəni insanın özünə əminliyi olanda, özü-özünü təsdiq etmiş olanda həmin insanın müsahibə vermək bacarığı, özünə əminliyi müsahibədə özünü göstərir: “Yalnız insanın psixoloji cəhətdən həyacan pozuntusu olduqda, insan gərginlik içərisində yaşayanda qarşı tərəfə müsahibə verərkən göz təması qurduğuna görə səhv etmək qorxusu ilə qarşılaşır. Özü də komfort zonasından çıxa bilmədiyi üçün məcburiyyətdən dolayı müsahibə verərkən də həyəcan işə düşməyə başlayır.

Həyəcan pozuntusu, ürək döyüntülərinin artması və müsahibə verərkən “birdən yanlışlığa yol verərəm, yanlışlığa yol verdikdə nə baş verəcək” kimi sualların cavabını da araşdırmır. Daha sonra “özümü itirərəm, mənə nə deyərlər, utanaram, biabır olaram” kimi ifadələr onun azad iradəsinə mane olur. Azad iradəsinə mane olan bu ifadələr də özünü təsdiq etməsində çətinlik yaradır. Məhz bu insanlar da rahat şəkildə müsahibə verə bilmirlər. Bəzi insanların sinir sistemində problem olur deyə göz təması qura bilmirlər, buna görə də sağlam ünsiyyətə girməkdə çətinlik çəkirlər. Mükəmməliyyətçi insanlar da var ki, onlar bəzən özlərini belə vəziyyətlərdə məhdudlaşdırırlar. Özlərinə bəzi limitlər qoyur. Buna görə də müsahibə zamanı belə problemlərlə qarşılaşırlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə