Tağıyev xeyriyyəçilik ənənələrini simvolizə edən tarixi şəxsiyyətdir - İCRAÇI DİREKTOR DANIŞDI

"Hacı Zeynalabdin Tağıyev Azərbaycanda xeyriyyəçilik ənənələrini simvolizə edən tarixi şəxsiyyətdir. Onun Azərbaycan mədəniyyəti, təhsili, memarlığı sahəsində danılmaz xidmətləri olmuşdur". Bu sözləri SİA-ya açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.

Onun sözlərinə görə, dünən cənab Prezident İlham Əliyevin iştirakı ilə Tağıyevin şəhərimizin mərkəzində abidəsinin açılışı olub: "Prezidentin açılışda səsləndirdiyi fikirlər bir daha Tağıyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərinin əyani göstəricisidir. Şübhəsiz dünən onun abidəsinə yetirilən zərər son dərəcə qəbuledilməzdir və bu əslində dəyərlərimizə qarşı da hörmətsizlik əlamətidir".

Mehman İsmayılov sözlərinə belə davam edib: "Qeyd edim ki, abidəyə dəyən zərər qısa müddət ərzində aradan qaldırılmış və günahkarlar layiqli cəzasını almışlar. Ümid edirik ki, gələcəkdə bu kimi hallara bir daha yol verilməyəcəkdir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...