Azərbaycanda quş qripi yayılıb? - DİQQƏT! - AİB-NİN SƏDRİ AYDINLIQ GƏTİRDİ

“Bəzi ölkələrdən Azərbaycana quş əti məhsulları idxalına qadağa qoyulub. Bu beynəlxalq bir qurumun məlumatı əsasında baş verir”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, bununla bağlı yerli ekspertizalar da keçirilir: “Bu normal bir haldır. Bu yöndə istehlakçılar və xüsusən açıq havada quş saxlayan insanlar bilməlidirlər ki, doğma Azərbaycanımız dünya quşlarının miqrasiya traktoriyasında yerləşir. Hətta xəstə quşlar da Azərbaycanın üstündən uçub başqa ölkələrə gedirlər. Ona görə də açıq havada saxlanan quşlarda böyük problemlər yaşana bilər”.

Eyyub Hüseynov sözlərinə belə davam edib: “Açıq havada saxlanılan kənd toyuqlarından insanlara quş qripi xəstəliyi keçə bilər. Açıq havada quş saxlayan insanlara üzümü tutub deyirəm ki, müəyyən müddətdə quşları açıq havadan təcrid etsinlər. Çünki göydə uçan quşların tullantıları ilə yerdəki toyuqların təmasları ola bilər. Beləliklə, quşlar xəstələnə bilər”.

“AQTA məsələləri diqqətlə izləyir və müəyyən qadağalar qoyur. Düşünürəm ki, bu quş ətinin bahalaşmasına səbəb ola bilməz. Çünki yerli broyler fabrikləri istehlakçıları kifayət qədər quş əti ilə təmin edirlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə