“Ümumiyyətlə, çayın da digər qida məhsulları kimi həm faydaları, həm zərərləri var. Yaxşı olar ki, düzgün miqdarda içilsin. Gün ərzində üç fincandan artıq içilməməsi daha faydalı hesab olunur və yaxşı olar ki, əsasən çayı acqarına içməsinlər”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qida mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, çünki çay bitkisi təbii kofeinlə zəngin olduğu üçün acqarına içildikdə bir çox hallarda insanda ürəkbulanmaya, baş ağrısına, depressiyaya, sinir sisteminin pozulmasına gətirib çıxarır ki, mütləq şəkildə bunlara diqqət etmək lazımdır: “Ən əsas məqamlardan biri də soyuq aylarda çaydan daha çox istifadə olunur ki, bu da orqanizmdə müəyyən maddələr mübadiləsinin həddindən artıq aşağı düşməsinə səbəb olur və əgər isti içkiyə tələbat duyuruqsa, biz bunu hər dəfə çayla deyil, digər meyvə çayları ilə və yaxud isti suda digər sevdiyimiz meyvələri dəmləyərək içə bilərik ki, bu da bizim soyuq aylarda isti mayeyə olan təlabatımızı ödəyə bilər. Ancaq təbii ki, həddindən artıq çay istifadə edəcəyiksə bu bizim qanımızda dəmirin aşağı düşməsinə səbəb olacaq ki, dəmir aşağı düşərsə qan azlığına səbəb olacaq. Təbii ki, burda da xüsusilə qeyd etmək istəyirəm ki, ət yeməklərindən sonra dərhal içilən çay orqanizm üçün çox zərərlidir və bu da qan azlığına səbəb olur”.
“Mütləq şəkildə çayı yeməkdən bir saat sonra içilməsi daha faydalıdır. Daha sonra mütləq şəkildə bəzən olur ki, baş ağrıdığında çay içməyə tez can atırlar. Təbii ki, gün ərzində kifayət qədər maye qəbul olunmayıbsa maye dediyimiz təmiz sudur, bu zaman da baş ağrıyır. Bu zaman yaxşı olar ki, elə birinci su içib bir qədər gözlədikdən sonra çay qəbul etmək daha faydalı olar və düşünürəm ki, çalışmaq lazımdır ki, günlük üç stəkanı keçməsin və əsas da düzgün vaxtlarda qəbul olunmalıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB