Qış fəslində soyuqdan NECƏ QORUNMALIYIQ? - HƏKİM AÇIQLADI

“Hər fəslin öz gözəlliyi olduğu kimi, qış fəslinin də özünəməxsus gözəlliyi var. Onu gözəlləşdirən və fərqləndirən ən əsas özəlliyi də “sahib olduğu” qar yağışıdır”. Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Xatirə Əliyeva deyib.

Onun sözlərinə görə, belə ki, havaların soyuması, temperaturun tez-tez dəyişməsi, orqanizmin bu hala adaptasiya edə bilməməsi, immunitetin nisbətən aşağı düşməsinə səbəb olur: “Bu da bir sıra infeksion xəstəliklərin meydana çıxmasına səbəb olur. Bunlardan daha çox qrip, su çiçəyi, qızılca və s. kimi xəstəliklərin artımı müşahidə olunur”.

Həkim sözlərinə belə davam edib: “Soyuq havalarda daha çox vitaminli qidalanmaya, geyimin düzgün seçilməsinə diqqət etmək lazımdır. Çalışmaq lazımdır ki, daha çox evdə bişirilmiş isti sulu yeməklər, fəsilə uyğun meyvələrdən və evdə hazırlanmış kompotlardan istifadə edilsin. Həmişə qeyd etdiyim kimi “fast-food”lardan uzaq olmaq lazımdır.

Qışın gəlməsi, qar yağması uşaqları daha çox sevindirir. Ən çox da uşaqlarda geyimin qalın olması tərləməyə və bu da soyuqlamaya səbəb ola bilər. Ona görə geyimin seçilməsində analar çox diqqətli olmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə