Bəzi yerlərdə qar yağacaq - Proqnozlar Bürosunun direktoru açıqladı

"Dekabrın 22-də Bakıda və Abşeron Yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimal olunur". Bu sözləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, yağışın səhər tədricən kəsəcəyi, gündüz isə havanın yağmursuz keçəcəyi gözlənilir: "Mülayim şimal qərb küləyi əsəcək. Havanın temperaturu 7-9 dərəcə isti olacaq".

"Bölgələrdə isə arabir yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Bəzi yerlərdə qar yağacağı, duman olacağı istisna olmur. Ayrı-ayrı yerlərdə isə yağıntının intensivləşəcəyi ehtimal olunur. Havanın tempreaturu 6-10 dərəcə isti, dağlıq ərazilərdə isə 0-3 dərəcə şaxta olacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə