İnsan sağlamlığı üçün zərərli QİDALAR BUNLAR İMİŞ - DİQQƏT! - QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI

"Şəkərli qidalar və un məmulatları insanlarda asılılıq yaradır, çünki onların hər biri boş karbohidratlardan ibarətdir". Bu sözləri SİA-ya açıqlamasında qida mütəxəssisi Ağa Salamov deyib.

Onun sözlərinə görə, şəkərli qidalar və un məmulatları insanlarda tortlara, biskivitlərə və kekslərə qarşı bir növ aslılıq yaradır ki, həmin insanlarda şəkərə qarşı düşkünlük yaranır. Ağ undan rüşeyim qismi ayrıldığına görə alınan "un" insana heç bir vitamın və mineral ehtiva etmir. Bunlar da insan sağlamlığı üçün çox zərərlidir. Şəkərli qidalar, un məmulatları, qaraciyər piylənməsi, ürək damar xəstəliyinə, yaddaş prableminə gətirib çıxarır. Keçmiş dövrlərdə bizim nənələrimiz əl dəyirmanından buğdanı üyüdərək un halına gətirirdilər, bu zaman rüşeyim undan ayrılmırdı, həmin undan da halva və s. kimi şirniyyatlar bişirirdilər. Bu şirniyyatlar müasir dövrümüzdə olan şəkərli qidalardan fərqli olaraq insanın immunitetini gücləndirirdi. Tövsiyyə edərdim ki, insanlar şəkər və un məmulatlarının əvəzinə müəyyən alternativlərdən tut bəhməzi, bal və s. kimi qidalardan isdifadə etsinlər".

Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə