Gözəllik salonlarında tibbi maskadan istifadə olunmalıdır? - AYDINLIQ GƏTİRİLDİ

“Bildiyiniz kimi COVİD- 19 pandemiyasının yayılmasının əsas yollarından biri insanların danışdıqları, öskürdükləri və ya asqırdıqları zaman tənəffüs damcılarıdır. Bu baxımdan maskadan istifadə mütləqdir. Bu virusun yayılmasının qarşısını alan vasitələrdən biridir”. Bu sözləri SİA-ya açıqlamasında “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri, Azərbaycanın QHT sektorunun tanınmış təmsilçisi Gülayə Səfərova deyib.

Onun sözlərinə görə, nəzərə alsaq ki, gözəllik salonlarında makiyaj, lazer və kosmetoloq və digər prosedurlar zaman həmin proseduru həyata keçirənlə o prosedurları qəbul edənlər çox yaxın təmasda olurlar ona görə onlardan biri mütləq maska taxmalıdır: “Ümumiyyətlə, gözəllik salonlarında işləyən xanımların öz sağlamlıqları üçün maskadan istifadəsi vacibdir”.

O, sözlərinə belə davam edib: “Onlar hər gün çoxlu sayda insanlarla təmasda olurlar. Amma bilmirlər ki, kimi xəstə, kimi sağlam, kimi daşıyıcıdır. Hər birimiz özümüzü və ətrafımızdakı insanları qorumaq istəyiriksə mütləq qaydalara əməl etməliyik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...