Yollara səpilməsi üçün kifayət qədər duz və torpaq ehtiyatı görülüb - QURUM AYDINLIQ GƏTİRDİ
“Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin qarajında xüsusi təyinatlı avtomobillər tam hazır vəziyyətə gətirilib. Yollara səpmək üçün kifayət qədər duz və torpaq ehtiyatı görülüb”. Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentindən SİA-nın sorğusuna cavab olaraq bildirib ki, bundan əlavə başqa yerlərdə hər bir rayonun Mənzil Kommunal Təsərrüfatı Birliklərinin Mənzil Kommunal sahələrində lazımi qədər alət ehtiyyatı yaradılıb. Buraya bel, lom, taxta, lapatkalar və s. daxildir.
Həmçinin, güclü qar yağacaqsa, Bakı şəhər ərazisində bölgü var. Bölgüyə əsasən 1-ci və 2-ci dərəcəli yolların təmzilənməsi əlaqədar qrafik mövcuddur. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin özünün də yollarla bağlı texnikası var. Yəni, əsas yollar onlar tərəfindən təmizlənəcək. Həmçinin, Mənzil Kommunal Təsərrüfat Departamentinin avtonəqliyyat vasitələrinin də öz əraziləri var.
Şəhərin hər bir rayonunun kanal qurumlarının yaxud idarə təşkilatlarının hamısının texnikası cəlb edilməklə yollar təmizlənəcək. Hər bir rayonda və şəhərdə qərərgahlar mövcuddur. Burada bu məsələlər tənzimlənir. Onların hər birinin öz vəzifə bölgüsü var”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB