Sosial şəbəkələrə nəzarət gücləndirilir - YENİLİK NƏ OLACAQ? - SOSİOLOQ AYDINLIQ GƏTİRDİ
"Sosial şəbəkələrdə adətən söyüş, təhqir, şəxsiyyətin alçaldılması məsələlərinə görə insanlar nəzarət mexanizminin tətbiq edilməsini istəyir. Bu da çox zaman mümkün olmur. Daha dəqiq ifadə etsək əksər insanlar sosial şəbəkədə məruz qaldığı təhqir dolu ifadələrə görə məhkəməyə müraciət etmir. Çünki, bu kimi hallarda adətən məhkəmələr çəkişməli olur. Bu səbəbdən də insanlar uzun müddət məhkəməyə ayaq döyüb, vəkil üçün qonorar ödəmək, əlavə xərclər kimi vəsait xərcləmək istəmirlər". Bu sözləri SİA-ya açıqlamasında sosioloq, Sağlam Cəmiyyət Hərəkatının sədri Lalə Mehralı deyib.

Onun sözlərinə görə, ümumilikdə dövlətin özünün bunun üçün nəzarət mexanizmi olmalı, bu kimi hallarda qarşı tərəfin müraciəti olmasa belə ciddi xəbərdarlıq nəzarəti həyata keçirilməlidir: "Amma biz məhkəmə təcrübəsində rast gəlirik ki, insanlar təhqiramiz ifadəyə, şərəf və ləyaqətin alçaldılmasına görə qarşı tərəfi məhkəməyə verib və məhkəmə onun xeyrinə yekunlaşıb. Yəni, qarşı tərəf cərimə olunub, üzr istəməyə məcbur edilib, hər hansı ictimai yükü olan işlə cəzalandırılıb. Bu kimi hallar da mümkündür. Amma, biz buna tək-tük hallarda rast gəlirik. Yəni, bu cür vəziyyətlər kütləviləşməyib. İnsanlar bu vəziyyətlərdə daha çox etinasız yanaşmağa çalışırlar".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB