Yaşlı insanların psixologiyası necə olur? - PSİXOLOQ AÇIQLADI

"Yaşlı insanların psixologiyasına köklü dəyişikliklər olur. Bu əslində gəncliyini, uşaqlığını necə keçirən insanlardan da asılıdır. Məsələn, əgər şəxs uşaqlığında, yeniyetməliyində böyük travmalar yaşayıbsa əlbəttə ki, gənclik dövrünü çətin keçirən insanların yaşlılıq dövrü də çətin olur və onlarda müəyyən itirmək qorxusu, ölüm qorxusu, həyəcan pozulması, təşviş pozuntusu, panikalar digər insanlara baxanda daha çox olur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, yaşlılıq psixologiyası ümumiyyətlə hər bir insanın genetikasına bağlıdır: "Yəni yaşlılıq psixologiyasında əsasən fizioloji və bioloji dəyişikliklər də nəzərə alınır. Burada hər 3 faktor dəyişir ki, bu həm bioloji, həm fizioloji dəyişiklik, həm də psixoloji dəyişiklikdir.

Bu dövr fərqli olur. Kişilərdə daha çox aqressiya ilə qısqanclıqla, əsəblə özünü göstərir. Xanımlarda daha çox özünü təsdiqlə, daha çox azad olmaq istəyi ilə, rahat həyata keçmək istəyi ilə özünü göstərir. Bəzilərində fiziki ağrılar baş verir və bu psixosomatik olur. Yəni psixoloji narahatçılıqlara baxarkən psixoloji narahatçılıqlar insanlarda psixosomatik ağrılara da gətirib çıxarır. Bel ağrıları, ayaq ağrıları, kürək ağrıları bu isə onların həyatlarının ağır olması göstəricisi olur, həyatları yüngül keçən yaşlılarda isə daha rahat, daha pozitiv və daha əyləncəli olur. Çünki nəvələri olur və artıq başı onlara qarışır, işləmir, evdə olur, ailəsi ilə daha çox vaxt keçirir. Amma hansı şəxs ki, daim işləyir, daim həyəcanlı, narahat işlərdə olur, onların yaşlılıq psixologiyalarında da köklü fərq olur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə