Bakı niyə yağış sularına təslim olur? - PROBLEMDƏN ÇIXIŞ YOLLARI - İDARƏDƏN AÇIQLAMA

"İlk növbədə, yağış sularının vaxtında yığılması üçün şəhərdə mövcud olan yağış suları yığan şəbəkələr hal-hazırda təmizlənir. Çünki, payız ayı olduğu üçün yarpaqlar və digər tullantılar hamısı küləyin təsiri ilə həmin o şəbəkənin içini doldurur". Bakı Su Kanal İdarəsindən SİA-ya verilən məlumata görə, həmin o şəbəkədən keçən avtomobillərin və yaxud da texniki xidmət işçilərinin yaratdığı torpaq qatı və külək ilə kollektorların içi dolur. Bu zaman doldurulmuş kollektorlarda yağış yağarkən yağış suyunu yığmaq problemi yaranır. Ona görə də, xüsusi olaraq alınmış maşınların köməyi ilə şəhərin mərkəzi və digər hissələrində yağış suyu yığan şəbəkələr mövcuddur ki, həmin şəbəkələr təmizlənir. Bu təmizlənmə nəticəsində yağış yağarsa bütün şəhərə daxil olan su toplanaraq şəbəkəyə ötürüləcək. Digər tərəfdən isə kanalizasiya şəbəkələrinə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən baxış keçirilir və problem varsa aradan qaldırılır.

Qeyd edək ki, Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri də bu işlərdə fəal iştirak edirlər. Bura ərazinin süpürülməsi, yarpaqların yığılması və s. kimi işlər daxildir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə