Yaxın üç gün ərzində hava necə olacaq? - Proqnozlar Bürosunun direktoru AÇIQLADI

“Yaxın 3 gün ərzində, yəni oktyabrın 1-i gündüz saatlarına kimi Bakıda və Abşeron yarımadasında hava şəriti qeyri-sabit keçəcək. Gecə arabir yağış yağacaq”. Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olacaq: “Bölgələrdə də yağıntılı hava şəraiti davam edəcək. Dolu düşəcəyi ehtimalı var. Yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur”.

“Bu hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə