Fizioloji, yoxsa psixoloji xəstəlik daha çox narahat edir? AÇIQLAMA
""İnsan" adlanan canlı varlığın maddi və mənəvi tərəfi vardır". Bunu SİA-ya açıqlamasında psixoloq Mahuxanım Teymurova deyib.
Onun sözlərinə görə, insanın maddi tərəfə bədəni, mənəvi tərəfə isə ruhu aiddir: "Bədənin özü, bəzən fiziki bir vəziyyətin əlaməti, bəzən də ruhun xəbərcisidir. Yaşadığımız mühit, yediklərimiz, yuxu düzənimiz, stress, hərəkətsizlilik və s. faktorlar bizim xəstələnməyimizə səbəb olur. Bu da bədənimizdə özünü əks etdirir və bədən bunu bizə ağrı, narahatçılıq hiss ilə bildirir. Bəzən bədənimizin hər hansısa bir nöqtəsi ağrıyır və yaxud narahat olur. Biz bunu nəzərə alaraq həkimə müraciət etdiyimizdə, heç bir fizioloji problem aşkar olunmur. Belə hal olanda bilin ki, səbəbi psixolojidir.
Yəni "Ruhunuz" bədəniniz vasitəsi ilə sizə bir mesaj çatdırmaq istəyir. Məsələn: Görmə problemi -həyatınızda görmək istəmədiyiniz şeylərin baş verməsi ilə eşitmə problemi-eşitmək istənmədiyiniz şeylərin olması ilə kürək ağrıları-həyatdan maddi və mənəvi dəstək istəyinizin olduğunu bildirir. Əgər alt kürəyiniz ağrıyırsa-pul qorxusu,orta kürək-günahkarlıq duyğusu,üst kürək-emosional dəstək istədiyinizi bildirir. Qalxanabənzər vəzində narahatçılıq-demək istədiyini ifadə edə bilməmə ilə bağlıdır.
Bizim fizioloji xəstəliklərimiz, psixoloji olaraq bizə təsir edir. Bizi qorxudur, narahat edir, kədərləndirir.
Bəs bu vəziyyətdə biz nə etməliyik? Çarəsizliyə qapılmamalıyıq. Hal-hazırda tibb o qədər inkişaf edib ki, hər bir xəstəliyin çarəsi var. Qorxu, narahatçılıq hissi, əksinə, bizi xəstəliyə bir adım daha yaxınlaşdırır. Hər dəfə "Xəstə olacam" deyirsinizsə, olacaqsınız. Çünki artıq bunu beyninizə kodlayırsınız.
Bunun yerinə xəstəliyinizi, probleminizi qəbul edib, onu həll etməyə çalışın. Ümidsizliyə qapılıb öz dünyanızı məhv etməyin. Çünki həmişə bir "ümid" vardır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB