Üz yuyucu gellərin, nəmləndiricilərin və lasyonların ən vacib kamponentlərindən biri nanədir. SİA xarici mətbuata istinadən xəbər verir ki, nanənin tərkibindəki güclü antibakterial xüsusiyyətlər onu əla bir dəri təmizləyicisi halına gətirir.

Təzə nanə dəridəki sebumu idarə edən salisilik turşusu və A vitamini ilə zəngindir. Yağlı dərilərlə sızanaqlara daha çox meylli olursunuz. Nanə yarpaqları antibakterial və göbələk əleyhinə xüsusiyyətləri sayəsində iltihabın qarşısını alır və sızanaqları müalicə edir. Əzilmiş nanə yarpaqlarını sızanaqlarınıza qoyun və 15 dəqiqə saxlayın. Beləliklə həm sızanaq izləriniz yox olacaq, həm də məsamələr açılacaq.

Lamiyyə Yaqubova

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...