Sensorlu saatların, qulaqcıqların bilmədiyiniz ziyanları - SƏN DEMƏ... - HƏKİMDƏN AÇIQLAMA

“Bildiyimiz kimi texnologiya günü-gündən inkişaf edir. Texnologiyanın inkişaf etməsi ilə əlaqədar mobil telefonların kəşfi, sensorla işləyən saatlar və qulaqcıqlardan istifadə olunması nəticəsində insan orqanizmasında bir sıra dəyişikliklər müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Xatirə Əliyeva deyib.

Onun sözlərinə görə, gənc nəsil və eləcə də uşaqlar telefonda olan maraqlı oyunlar oynayaraq, saatlarca telefondan ayrıla bilmirlər: “Bu da sinir sistemindəki yuxusuzluğa və psixoloji pozğunluğa qədər gətirib çıxarır. Bu telefonlardan istifadə olunması, uşaqlarda və gənclərdə daha çox gözlərdə problem yaradır. Onların əksəriyyəti uzağı görmə problemi yaşayırlar”.

“Yeni texnologiyalardan istifadə artıq vərdiş halını alıb. Hətta uşaqlar avtomobil yolundan keçərkən belə təhlükənin fərqinə varmırlar. Yüksək səslə qulaqcıqda musiqi dinləmək insanda hiportaniya, yəni yüksək təzyiq xəstəliyinin əmələ gəlməsinə səbəb olur”.

Həkim sözlərinə belə davam edib: “Məsləhət görərdim ki, valideynlər uşaqlarını mobil telefonlardan uzaq tutsunlar. Əgər övladlarında sinir, psixi oyanıqlıq, yuxusuzluq kimi dəyişikliklər baş verirsə, mütləq nevropatoloqa müraciət etsinlər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə