Ailədə 1 uşağı olanlar - DİQQƏT! - SOSİOLOQ AÇIQLADI

“Son illərdə Azərbaycanda doğum səviyyəsi aşağı düşür. Bu davamlı xarakter daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Elçin Bayramlı deyib.

Onun sözlərinə görə, burada da bir çox səbəblər var: “Əsas səbəblərdən biri də sosial səbəblərdir. Hazırki, dövrdə ailələr həm maddi cəhətdən, həm də psixoloji çoxuşaqlı olmağı bacarmırlar. Uşaqları böyüdüb başa çatdırmaq, təhsil vermək, mənzil problemi digər məsələlərə görə bir uşaqla kifayətlənirlər. Son vaxtlar bir uşaqlı ailələrin sayı həddindən çox artır. Ümumiyyətlə ölkəmizdə demoqrafiq vəziyyət çox da faciəvi vəziyyətdə deyil. İndiki dövrdə bir uşaqlı ailə xalqımızın tənəzzülü deməkdir. Beynəlxalq ekspertlərin də hesablamalarına görə, hər hansı bir davamlı xalqın artımı üçün hər ailədə minimum 3-4 uşaq olmalıdır. 1-2 uşaqlı ailələrin sayı çoxaldıqca demoqrafiq vəziyyət getdikcə çətinləşir. Üstəlik burada nəzərə alsaq ki, əhalinin ömür müddəti aşağı düşür, müxtəlif xəstəliklərdən, problemlərdən insanlar daha tez dünyalarını dəyişirlər”.

Sosioloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, belə olduqda gələcək on illərdə əhali artımı dayanacaq və azalacaq: “BMT-nin proqnozları da bunu göstərir. Bu təhlükəli haldır. Hansı ki, bununla bağlı Avropa ölkələrində, xristian ölkələrində vəziyyət gərginləşib və bu ölkələrdə müxtəlif tədbirlər həyata keçirilir. Uşaq proqramları, uşaq pulu kimi tədbirlər həyata keçirməklə insanları stimullaşdırmaq istəyirlər ki, ikinci və üçüncü uşağa maraq yaransın. Biz bir dövlət olaraq, cəmiyyət olaraq çalışmalıyıq ki, bir ailədə ən pis halda 3 uşaq olsun. Bu nəslin davamı, xalqın inkişafı üçün, yenilənməsi və artımı üçün vacib bir faktordur. Bunun üçün də dövlət proqramı və maarifləndirmə olmalıdır”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə