Körpə uşaqları elektronikaya nə sövq edir - Valideyn etinasızlığı, yoxsa...?? - SORĞU
21-ci əsr texnologiya və internet əsridir. Xüsusilə də, azyaşlıların əksəriyyəti sanki internetsiz və telefonsuz nəfəs ala bilmirlər. Bəs, azyaşlıların internet texnologiyalarına olan bu asılılığı nə qədər düzgündür? Mövzu ilə bağlı SİA paytaxt sakinlərinin fikirlərini öyrənməyə çalışıb:
Paytaxt sakini Məmməd Hüseynov: "Ümumiyyətlə internetdən istifadə dövrümüzün tələbidir. Onlar internetdən istifadə etməklə nəyi isə öyrənirlər. Amma bu o demək deyil ki, onlar saatlarla telefon qabağında otursunlar. Əlbəttə, məhdudiyyətlər tətbiq olunmalıdır".
Paytaxt sakini Xalidə Qəribova: "Çox pis baxıram. Hərdən komputeri və telefonu açıb nəyəsə baxanda adam pis-pis şeylərlə qarşılaşır. Bu da onu göstərir ki, uşaqlar belə şeylərə girirlər və maraqlanırlar. Bu da təbii ki, qəbuledilməzdir".
Paytaxt sakini Fərid Muradov: "Həqiqətən, çox pis haldır. Mən bir ağsaqqal kimi böyüklərə məsləhət görürəm ki, uşaqlarını həddindən artıq telefonla məşğul olmalarına icazə verməsinlər".
Paytaxt sakini Rəna Güləliyeva: "Mən qətiyyən bu məsələdən narazıyam. Uşaqların telefondan və digər rəqəmsal texnologiyadan istifadəsi ümumiyyətlə olmasa çox daha yaxşı olar. Mən valideyn olsam belə halın qarşısını alardım".
Paytaxt sakini Mübariz Mahmudov: "Bu məsələnin zərərli tərəflərindən biri radiasiya şüalarına məruz qalmaqdır. Radiasiya şüalarının insana göstərdiyi təsir isə olduqca təhlükəlidir. Həmçinin internet vasitəsi ilə elə informasiyalara rast gəlmək olar ki, bu da insan psixologiyasına xoşagəlməz təsirlər bağışlaya bilər. Mən eşitmişəm ki, indi bəzi texnologiya şirkətləri məhsullarında valideyn nəzarəti üçün şərait yaradıb. Bu çox mükəmməldir. Çünki hər şeyin başında valideyn nəzarəti dayanır".
Paytaxt sakini Günay Həsənova: "Bu həqiqətən də valideynlər üçün çox ciddi məsələdir. Uşaqlar telefona həddindən artıq meyl edirlər. Telefonla yatıb, telefonla dururlar. Bəzən də elə olur ki, valideynlər özləri bir az rahatlamaq üçün telefonu qəsdən uşaqlara verir. Məncə, bu mövzuda valideynlər çox diqqətli olmalıdır".
Paytaxt sakini Fərid İsayev: "Bu çox normal haldır. Onlar internet vasitəsilə çoxlu informasiya qəbul edirlər. Gözləri daha da açıq olur".
Paytaxt sakini Aysel Quliyeva: "İnternetdən istifadə hazırda çox geniş yayılıb. Hətta bəzən görürsən ki, yaşlı adamlar da əllərinə telefon alanda buraxmaq istəmirlər. Amma istifadənin də bir həddi olmalıdır. Uşaqlar hər istəyəndə onlara icazə vermək lazım deyil. Onlar dünyanı rəqəmsal texnologiyadan ibarət bilməməlidir. Uşaqlar valideyin nəzarəti görməlidir. Mən özüm valideyn olsam, müəyyən vaxtlar qoyardım".
Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB