Tez-tez duş qəbul etməyin zərərləri - HƏKİM DANIŞDI

Yay günləri olduqca isti olduğundan insanlar tez-tez duşa girirlər. Ancaq diqqətli olmaq lazımdır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu haqda türk həkim Səhər Küçükoğlu Cəsur belə deyib: “Artan istilər zaman-zaman elə şiddətlənir ki, sərinləmək üçün daha tez-tez çimilməyə başlanıb. Ancaq insan bədənini tək yazda deyil, həm də bütün zaman qayğıyla saxlamalıdır".

Yayda tez-tez çimmək xüsusilə qışda özünü göstərə biləcək dəridə quruluq yarada bilər və bunun qarşısını almağın yolları olduğunu qeyd edərək həkim Küçükoğlu Cəsur bunları deyib: “Tez-tez duş qəbul etmək və uzun müddət çimmək, çox kisələnmək dəri qurumasının başlıca səbəblərindəndir. Yuyunmaq üçün istifadə olunan sabun və jellər dəridə ciddi mənada quruma yaratdığı üçün duş qəbul edən zaman yağ və kremlərdən istifadə məsləhətlidir. Duşu çox isti suyla qəbul etdikdə dərinin altındakı nəm azalır ki, bu da dərinin qurumasına səbəb olur. Buna görə də, duşu ilıq suyla qəbul etmək daha məsləhətlidir".

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə