Böyük Vətən Müharibəsində Berlinin alınmasının 104 yaşlı iştirakçısı koronavirusu məğlub etdi. SİA Pravda qəzetinə istinadən xəbər verir ki, Çelyabinsk sakini Əhməd Rafiqov Regional Səhiyyə Nazirliyinin bir xəstəxanasında COVID-19 müalicəsi alıb.
"Yoluxucu xəstəliklər şöbəsinə qəbul edildikdə, xəstə ilə bağlı narahatlıqlar yarandı, çünki yaşın çoxluğu ilə yanaşı əlavə xəstəliklər də var idi. Ancaq vəziyyəti sabitləşdi, sonra test nəticələri məlum oldu və vəziyyəti normallaşdı"- deyə yerli xəstəxananın yoluxucu xəstəliklər şöbəsinin həkimi Marqarita Sorokina izah edib.
Əhməd Rafiqov xəstəxanadan çıxıb və hazırda ailəsi ilə birlikdə evdədir. O, Böyük Vətən Müharibəsi dövründə Berlinin alınmasında, həmçinin Polşa və Belorusiyanın faşistlərdən azad edilməsi əməliyyatlarında iştirak edib.
Qəhrəmanlığına görə Əhməd Mahmud oğlu Rafiqov 1-ci dərəcəli Vətən Müharibəsi ordeni, Qırmızı Ulduz ordeni, İgidliyə görə, Hərbi Xidmətə görə, Varşavanı azad edilməsinə, Berlinin alınmasına görə, Almaniya üzərində zəfərqələbəyə görə və bir çox digər dövlət mükafatları alıb.
Sonrakı dövrlərdə M.Cəlil adına ədəbi dərnəyin üzvü olub. Bir çox qəzet və jurnallarda, şeirlər toplusunda şeirləri dərc edilib. Şeirlərinə mahnı bəstələnir və oxunur.
Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB