Diplomatik korpusun nümayəndələri Gəncədə hadisə yerinə gəliblər - FOTOLAR - VİDEO

Prezidentin köməkçisi Hikmət Hacıyev və beynəlxalq diplomatik korpusun nümayəndələri Gəncədə ermənilərin terror törətdikləri yerə gəliblər. SİA-nın Gəncədə olan müxbirinin məlumatına görə, onlar hadisə yerinə baş çəkiblər.

Qeyd edək ki, gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə raketlər atılıb, 13 nəfər həlak olub, 40 dan çox insan xəsarət alıb. Bir çox ev tamam dağılıb və ciddi zərər görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə