“Nəqşicahan” Holdinq Şirkətlər Qrupu tərəfindən sərhədçilərə bayram sovqatı verilib

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 28-ci ildönümü ilə əlaqədar olaraq “Nəqşicahan” Holdinq Şirkətlər Qrupu tərəfindən sərhədçilərə bayram sovqatı verilib. SİA xəbər verir ki, sərhədçilərlə görüşdə “Nəqşicahan” Holdinq Şirkətlər Qrupunun nümayəndəsi Rifat Mahmudov çıxış edərək Holdinqin rəhbəri adından sərhədçilərə müqəddəs və şərəfli vəzifələrində uğurlar arzulayıb, onları təbrik edib.

Diviziyanın zabiti, polkovnik-leytenant Anar Nəsirli və əsgər Vüqar Suvarov ordu-xalq birliyindən danışıb, dövlətimizə minnətdarlıq ediblər.

Sonda gətirilmiş 9 tona yaxın bostan məhsulları Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının anbarlarına təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...