Karantin şərtləri ilə əlaqədar iqtisadi paket hazırlanacaq

"İqtisadi paketlə bağlı müəyyən məsələlərin müzakirə aparılır". Bunu operativ Qərargahın keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin Köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi və digər strukturlarla birgə müzakirələri aparılır: "Yaxın müddət ərzində qəbul ediləcək qərarla bağlı məlumat veriləcək".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə