Müalicə üçün İrana gedən Azərbaycan vətəndaşı həbs edilib

Sentyabrın 22-i tarixində müalicə məqsədi ilə İrana səfər edən Azərbaycan vətəndaşı Eliza İsmayılova Təbrizdə həbs edilib. SİA-nın cənub bürosunun verdiyi xəbərə görə, İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin əməkdaşları qadının pasportundakı şəklinin şübhəli olduğunu əsas gətirərək qayınatası Qulaməli Həsənzadə ilə birlikdə həbs edib və bilinməz istiqamətə aparılıb.
Qeyd edək ki, Eliza İsmayılovanın həyat yoldaşı Dünya Azərbaycanlıları Yazarları Qurumunun rəhbəri Sayman Arusdur. Qurum dünya ölkələrində, o cümlədən İranda yaşayan ədiblərin əsərlərinin çapı ilə məşğuldur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...