MSK səlahiyyətli nümayəndələri təsdiq etdi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. SİA-nın verdiyi xəbərə görə, iclasın gündəliyində MSK-nın 17 noyabr, 18 noyabr, 23 noyabr 2015-ci il tarixli, 15 aprel və 16 aprel 2016-cı il tarixli iclas protokollarının təsdiqi, nəzarət-təftiş xidmətinin yaradılması, MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilməsi, 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərində namizədlərin səlahiyyətli nümayəndələrinin qeydə alınması və digər cari məsələlər yer alıb.

MSK katibi Arifə Muxtarova Nəzarət-təftiş xidmətinin yaradılması və onun tərkibinə müxtəlif qurumlardan nümayəndələrin daxil edilməsi ilə bağlı məlumat verdi. Yekdil səsverm ilə Ramiz İbrahimov xidmətə sədr seçilib

MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupuna isə sədr Azər Tağıyev seçilib

Ağdaş seçki dairəsi üzrə YAP və Ümid partiyası üzrə namizədlikləri qeydə alınmış şəxslərin səlahiyyətli nümayəndələri də yekdil səsvermə ilə təsdiq olunub.

Məzahir Pənahov bildirib ki, Ağdaş rayonu üzrə MSK nümayəndələri yerli mətbuat orqanlarında maarifləndirmə işlərinə başlandığını deyib: "Mayın 6-da Ağdaşda Ombudsman Aparatı və MSK-nın birgə təşkilatçılığı ilə tədbir baş tutacaq. Bütün dövlət qurumlarını bu işdə fəal olmağa çağırıram. Düşünürəm ki, kiçik və böyük deyə seçki yoxdur. Həmişə olduğu kimi bu seçkidə də aktiv iştirak təmin edilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə