Kansler Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi

Almaniya kansleri Angela Merkel Berlində Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra keçirdiyi brifinqdə Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bildirib. Angela Merkel vurğulayıb ki, Qarabağ münaqişəsinin həllinin əsasında Helsinki yekun aktının üç əsas prinsipinin durması önəmli uğurdur. Almaniya kansleri həmin prinsiplərin millətin öz müqəddaratını təyin etməsi, ərazi bütövlüyü və güc tətbiqindən imtina olduğunu bildirib.

"Biz bu üç prinsipi dəyişməməliyik və hər şeyi etmək lazımdır ki, qan tökülməsin və insanlar ölməsin. Regionda uzunmüddətli sülhü bərqərar etmək üçün bu istiqamətdə səylər daha fəal olmalıdır və həll axtarılmalıdır", - deyə Merkel vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə