BEHRUD şirkəti ilk fəaliyyətinə 1992-ci ildə Naxçıvanda qeydiyyata alınmaqla başlayıb. Şirkət 1996-cı ildən Bakı şəhərində yenidən qeydiyyata alınaraq bu günə kimi fəaliyyətini davam etdirməkdədir.
Şirkətin qurucusu Alməmmədov İlham Hidayət oğlu 1965-ci il may ayının 1-də Ordubad rayonunun Behrud kəndində anadan olub. Ali təhsillidir, 3 övladı var. Qurucusu olduğu şirkətə öz doğma kəndinin adını verib.
BEHRUD şirkəti hər cür tikinti materiallarının idxalı, ixracı, topdan və pərakəndə satışı ilə Azərbaycan bazarında tanınıb. 10 ildən çox firmanın nümayəndəsi olan BEHRUD şirkəti satdığı malların həm keyfiyyəti, həm də qiyməti ilə bazarda öz yerini daim qoruyub saxlaya bilib. Bu gün BEHRUD şirkətinin Azərbaycanın 30-dan çox bölgəsində filialları fəaliyyət göstərir. Bundan başqa şirkət olaraq Azərbaycandan kənarda da bir çox ölkələrdə tanınır. BEHRUD şirkəti Azərbaycan bazarında nümayəndəsi olduğu firmaların mallarının tanınması üçün mütəmadi olaraq 1999-2012-ci illərdə Baku Build inşaat sərgisində iştirak edib. Şirkət zaman-zaman hündürmərtəbəli binaların, evlərin və ofislərin tikintisi ilə məşğul olub və olmaqdadır.
BEHRUD şirkəti Türkiyə, Fransa, Almaniya, Belçika, Polşa, Ukrayna, Rusiya, Bolqariya, Finlandiya və digər aparıcı dünya ölkələrindən müxtəlif çeşiddə inşaat mallarının idxalını və Azərbaycan bazarında satışını təmin edir. Satışda olan materiallarımıza müvafiq sertifikatlar verilib.
Hal-hazırda BEHRUD şirkəti Onduline Avrasiya, Knauf, Gilan və Knauf, Eurovent, Fakro, Lider, Hekim Yapı, Domax, AMF, Devorex, Hardy, Sxala, Kerabit, Rerapier kimi şirkətlərin Azərbaycandakı rəsmi nümayəndəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB