"Azərbaycan tarixində ilk dəfədir ki, Azərbaycan öz gənclər modelini digər ölkələrdə davam etdirir. Bu BMT-nin öz təşəbbüsüdür". SİA-nın məlumatına görə, Gənclər və idman naziri Azad Rəhimov "Azərbaycan-Qırğızıstan Birinci Forumu"-nda jurnalistlərə açıqlaması zamanı belə deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan öz gənclər modelimizin siyasətini Qırğızıstanda həyata keçirir. Bununla bağlı hər iki ölkədə müxtəlif treninqlər, konfranslar həyata keçirilib. Həmçinin, iki ölkə arasında həm əməkdaşlıq, həm də bu modelin Qırğızıstanda icrası istiqamətində işlər davam etdirilir. İnanırıq ki, bu tədbirlər Qırğızıstanın gələcəyi və onun gənclərinin işində çox əhəmiyyətli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə