“Beynəlxalq Mədəniyyət Festivalı”

Oktyabrın 3-dən 8-dək Çinin Renmin universitetində Beynəlxalq Mədəniyyət Festivalı keçiriləcək. Tədbirdə ASAIF-in Çin fəalları iştirak edəcək. SİA-nın məlumatına görə, mədəniyyət günləri Pekin şəhərinin Renmin Universitetində baş tutacaq. Həmin tədbir çərçivəsində ASAIF-in Çin komandası Azərbaycana aid güşə ilə çıxış edəcək.

Renmin universitetində ASAIF-in nümayəndəsi Natiq Xəlilovun verdiyi məlumata görə, Azərbaycan musiqisi, mədəniyyəti, mətbəxi və eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemini də əks etdirən materiallar gələn qonaqlara təqdim olunacaq və onlara dolğun informasiya veriləcək.

Tədbirdə ASAIF ilə yanaşı Azərbaycanın Çindəki səfirliyi və bu ölkədəki azərbaycanlı iş adamları və xüsusi ilə də Desert Rose restoranının rəhbərliyi də gənclərimizə təşkilatı işlərdə dəstək olacaqlar.

Həmçinin əlavə etmək istərdik ki, Renmin Universiteti Çinin ən nüfüzlu ali təhsil ocaqlarından biridir. Renmin Universitetinin "Hüquqşunaslıq" və "Jurnalistika" fakultələri, humanitar və sosial elməri üzrə Çinin ən aparıcı universietlərindəndir.

Renmin Universitetində xarici tələbələrlə yanaşı azərbaycanlı tələbələr də təhsil almaqdadırlar. Bu günə gədər 5 azərbaycanlı tələbə universiteti fərqələnmə diplomu ilə bitirib.

Qeyd edək ki, tədbirdə Renmin universitetinin rəhbərliyi, Çin təhsil nazirliyinin rəhbər heyəti, digər ziyalı şəxlər və xarici ölkələrin Çin Xalq Respublikasındakı fövqaladə və səlahətli səfirlərinin iştirakı da gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə