“Şərabın zərəri və ya faydası miqdar və istifadə tezliyindən çox asılıdır. Yəni nə qədər çox və tez-tez içilsə bir o qədər də çox zərər verəcək”.
Bu sözləri SİA-ya açıqlamasında qida eksperti Fərid Səfərov deyib.

O, şərabın zərərləri barədə danışıb:
“Şərab alkoqollu içkidir və alkoqolun təsirləri:
- Qaraciyərə zərər verir.
- Asılılıq yaradır.
- Qan təzyiqini artıra bilər.
- Yuxu keyfiyyətini pozur.
- Hətta bəzi xərçəng növləri ilə əlaqələndirilir.
Şərabın faydaları çox şişirdilir. Əslində eyni faydalı maddələri üzüm, nar, giləmeyvə kimi qidalardan da almaq mümkündür. Ona görə də alkoqolsuz variantlar daha təhlükəsizdir.
Yəni, sağlam olmaq üçün və ya sağlam olmaq adı ilə şərab içmək lazım deyil!
Sağlam qidalanaraq sağlam yaşayın!”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB