Qan azlığı olan xəstələrin ilkin müalicəsi hansı şəkildə aparılır? - HƏKİM

“Qan azlığı (anemiya) ilə müraciət edən xəstələrdə ilkin müalicə həmişə səbəbin müəyyənləşdirilməsi ilə başlayır. Ən çox rast gəlinən səbəblər dəmir, fol turşusu və ya B12 vitamini çatışmazlığıdır”. Bu sözləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Terapevt Zakir Quliyev deyib.

O bildirib ki, laborator müayinələrdən sonra xəstənin vəziyyətinə uyğun olaraq dəmir preparatları, vitaminlər və düzgün qidalanma məsləhət görülür. Daha ağır hallarda əlavə tibbi müdaxilələrə ehtiyac yarana bilər.

Digər tərəfdən, bəzən ‘D’ vitamini çatışmazlığı müşahidə olunur. ‘D’ vitaminini orqanizmdə balanslı saxlamaq üçün ilk növbədə günəş şüalarından faydalanmaq, balıq, yumurta sarısı, süd məhsulları kimi vitaminlə zəngin qidaları gündəlik rasiona daxil etmək vacibdir. Əlavə olaraq, zəruri hallarda yalnız həkim məsləhəti ilə vitamin preparatlarının qəbulu tövsiyə olunur.

Vətəndaşlarımızdan xahiş edirik ki, hər hansı dərman və ya vitamin qəbulunu özbaşına etməsinlər. Düzgün diaqnoz və müalicə yalnız laborator analizlər və həkim nəzarəti ilə mümkündür.”

Bütün xəbərlər Facebook səhifəmizdə